Tviter maliyyə böhranı yaşayır

tviter-maliyye-bohrani-yasayir
Oxunma sayı: 2113

Sosial media platforması olan tviter ofis mebellərini satışa çıxarıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb platformanın qarşılaşdığı maliyyə problemləri olub.

Belə ki, satışa çıxarılan əşyalar insanların marağına səbəb olub. Hətta bir çox şəxs yüksək məbləğ qarşılığında onları satın alıb.

Ən yüksək qiymətə satılan məhsul isə 100 min dollar (170 min AZN) məbləğindəki mavi quş heykəli olub.

Bundan əlavə, "@" simvolu şəklində olan dekorativ güllər 15 min dollara (25 min AZN) satılıb.

Ofisdə istifadə olunan və təkrar emaldan əldə edilən taxta masa isə 10 min dollara (17 min AZN) alınıb.

Qeyd edək ki, milyarder iş adamı İlon Mask tərəfindən satın alınan tviter son zamanlar maliyyə böhranı yaşamaqdadır.