Tvitterin CEO-su İlon Mask bir neçə ildir aktiv olmayan hesabların sosial media platformasından silinəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Musk mövzu ilə bağlı Tviter hesabında paylaşım edib.
Bir neçə ildir aktiv olmayan hesabları təmizləyəcəklərini bildirən Musk, “Bu səbəblə, yəqin ki, izləyici sayında azalma görəcəksiniz”, - qeyd edib.
Qeyd edək ki, Tviterin siyasətinə görə, istifadəçilər hesablarını aktiv saxlamaq üçün ən azı 30 gündən bir daxil olmalıdırlar.
Son xəbərlər
Son Xəbərlər