Tviterin sahibi İlon Mask şirkətə yeni baş direktor təyin edib.
“Qafqazinfo” xəbər verir ki, Mask bu barədə məlumatı öz tviter hesabında açıqlayıb.
Onun sözlərinə görə, yeni baş direktor təqribən 6 həftə sonra fəaliyyətə başlayacaq.
Yeni vəzifəli şəxsin adı açıqlanmasa da, onun qadın olduğu bildirilir.
Xatırladaq ki, İ. Mask sosial şəbəkəni ötən il 44 milyard dollara alıb.
Həmçinin oxuyun: Самая многодетная семья в Азербайджане с 17 детьми ... - Видео
***
“Wall Street Journal” öz mənbələrinə istinadən tviterin yeni baş direktorunun adını açıqlayıb.
Məlumata görə, bu vəzifəyə “NBCUniversal” media şirkətinin top meneceri Linda Yakkarino təyin edilib. O, sözügedən postda 2011-ci ildən işləyir. Onun öz komandası ilə şirkətə 100 milyard dollardan çox gəlir gətirdiyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər