“Tvitlərim olmasaydı, mən burda olmazdım” - Tramp

tvitlerim-olmasaydi-men-burda-olmazdim
Oxunma sayı: 631

ABŞ prezidenti Donald Tramp Ağ Evdə nədən Almaniya kansleri Angela Merkelin əlini sıxmadığını şərh edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp jurnalistin “əllə görüşün” sözlərini eşitmədiyini bildirib:

“Kansler Merkel ilə möhtəşəm bir görüş keçirdik. Beş dəfə əlini sıxdım. Sonra yan-yana oturarkən, deyəsən bir jurnalist “onun əlini sıx” dedi. Mən onu eşitmədim”. 

Sosial şəbəkələrdə aktiv olan Tramp “atdığınız tvitlərdən hər hansı birinə görə peşmansınızmı” sualına belə cavab verib: “Tvitlər olmayasaydı mən burda olmazdım. Facebook, Instagram və Twitterdə 100 milyondan çox izləyicim var. Saxta mediaya müraciət etmək məcburiyyətində deyiləm. Atdığım tvitlərin heç birindən peşman deyiləm. Yüzlərlə tvit atarkən aradabir uğursuzları ola bilər. Bu, o qədər də pis deyil”.