Tvitter əməkdaşlarına pandemiyadan sonra da bu güzəşti edəcək

tvitter-emekdaslarina-pandemiyadan-sonra-da-bu-guzesti-edecek
Oxunma sayı: 1260

Tvitter sosial şəbəkəsinin koronavirus pandemiyası səbəbindən evdən işləyən əməkdaşları daim bu rejimdə çalışa biləcəklər.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir:

“Son bir neçə ay göstərdi ki, biz bu cür işləyə bilərik. Əgər əməkdaşlarımız evdən işləməyə imkan verən vəziyyətdədirlərsə, onlar buna belə də davam edə bilərlər. Biz bunun gerçəkləşməsinə kömək edəcəyik”.

Şirkət, həmçinin, ofislərinin sentyabrdan tez açılamayacağını qeyd edib.