Tvitterdə yeni funksiya işə düşür

tvitterde-yeni-funksiya-ise-dusur
Oxunma sayı: 1218

Tvitter mikrobloqu yenilik tətbiq edir.

“Qafqazinfo” xəbər verir ki, bundan sonra istifadəçilər öz postlarına yazılan cavabları gizlədə biləcəklər.

“Sizə söhbətlər üzərində daha çox nəzarəti təmin etməyə şərait yaratmaq üçün biz statuslarınıza cavabları gizlədən funksiyanı test etməyə başladıq”, - deyə şirkətin məlumatında deyilir.

Test bütün dünya istifadəçilərinə şamil olunacaq.

Bu funksiya sosial şəbəkə istifadəçilərinin Tvitterdə müraciətləri zamanı özlərini təhlükəsiz və rahat hiss etmələri üçün hazırlanıb.