Tvitterin işində problem yarandı

tvitterin-isinde-problem-yarandi
Oxunma sayı: 871

Tvitter istifadəçiləri sosial şəbəkədə yaranan problemlər haqda məlumat verib.

“Qafqazinfo” “Downdetector”a istinadən bildirir ki, problemdən daha çox Yaponiyadakı istifadəçilər şikayətlənib. Bundan əlavə, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Fransada da bu problem müşahidə olunub.

İstifadəçilərin 53%-i veb saytda, 30%-i iPhone və iPad-də, 16%-i isə Android-də problemlə üzləşdiyini qeyd edib.