Tvitterin rəhbəri ABŞ Konqresində dindiriləcək

tvitterin-rehberi-abs-konqresinde-dindirilecek
Oxunma sayı: 1370

ABŞ Konqresinin Nümayəndələr Palatasının enerji və ticarət üzrə komitəsi Tvitter şirkətinin rəhbəri Cek Dorsini dindirilməyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nümayəndələr Palatasında respublikaçı çoxluğun lideri Kevin McCarthy bildirib.

Onun sözlərinə görə, Dorsiyə Tvitterdə informasiyaya nəzarət edilməsi və izlənilməsi ilə bağlı suallar ünvanlanacaq.

Dindirilmə sentyabrın 5-də olacaq.