“Twitter diplomatiyası aparmırıq” - Kremldən cavab

twitter-diplomatiyasi-aparmiriq
Oxunma sayı: 1086

ABŞ prezidenti Donald Trampın bəyanatlarını “Twitter” vasitəsi ilə verməsinə Kremldən rəsmi münasibət bildirilib.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyanın Twitter diplomatiyası aparmadığını bəyan edib:

“Daha ciddi yanaşmanın tərəfdarıyıq. Əvvəlki kimi o fikirdəyik ki, çox həssas vəziyyətə ziyan verə biləcək  addımlardan qaçmaq lazımdır”.

Xatırladaq ki, Donald Tramp “Twitter”də açıqlama ilə çıxış edərək Rusiyanı hədələyib: “Rusiya, hazırlaş! Raketlər gəlir”.