“Twitter”in işində nasazlıq yarandı

twitterin-isinde-nasazliq-yarandi
Oxunma sayı: 766

Bir sıra ölkələrdə Tvitter sosial şəbəkəsinin işində nasazlıq yaranıb. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə populyar internet resurslarının işini müşahidə edən “Downdetector” servisi məlumat yayıb.

Nasazlıq barədə şikayət daha çox Böyük Britaniya, ABŞ və Braziliya sakinlərindən daxil olur.  

Servisin məlumatına görə, istifadəçilərin böyük qismi (73%) saytın işindəki xətalardan şikayətlənir. 16% sosial şəbəkəyə daxil ola bilmir, 10% isə iPhone və iPad üçün nəzərdə tutulan applikasiyalarla bağlı problemlər yaşayır.