““Twitter”lə “YouTube” qadağası ləğv oluna bilər”- - AKP

twitterle-youtube-qadagasi-legv-oluna-biler-
Oxunma sayı: 1239


SalamNews-un Türkiyənin “Doğan” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu ölkənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Çelik bəyan edib.

“Beynəlxalq şirkət mənim ölkəmin qanunlarını heçə sayırsa, mənim də onu tanımama haqqım var. Mən bir "Twitter" istifadəçisiyəm. Bizim virtual aləmə qarşı vahid mövqeyimiz ola bilməz. "Twitter" və ya "YouTube" Türkiyədə nümayəndəlik açarsa, ölkənin Rabitə və Telekommunikasiya İdarəsinin, ehtiyac olduqda, müraciət edə biləcəyi və bu müraciətlərə müəyyən vaxt ərzində cavab verə biləcək bir sistem qurarsa, bu qadağa dərhal ləğv edilər. Əks halda, qadağa davam edəcək.", - partiya rəsmisi bildirib.