Bu gün beynəlxalq aləmdə ekoloji problemlər artıq qlobal səciyyə daşıyır. Ekoloji çirklənmənin, ümumilikdə ekologiyamızın məhvinə gətirib çıxara biləcək əsas nüanslardan biri, vaxtı keçmiş, əslində istifadəyə yararsız, eyni zamanda ekoloji cəhətdən təmiz sayılmayan normal, yəni yanacaqla çalışan nəqliyyat vasitələrinin istifadəsidir.Ancaq bu bütün dünyada mövcud olan və kökündən həlli işıq sürəti ilə baş verməyəcək qədər mümkünsüz problemdir. Hansıki, dünyanı cənginə alan COVİD-19 pandemiyasi dövründə ekologiyamızın təmizliyi problemin aradan qaldırılması istiqamətində çox böyük addım ola bilər. Təbii ki, belə ekoloji göstəricilər ətraf mühitin zəhərlənməsində, yaşıllıqların məhvində, xəstəliklərin artmasında və digər arzuolunmaz halların yaranmasında mühüm rol oynayır.
Son illər respublikamızda avtomobil parkının yüksək templə genişləndiyini və avtonəqliyyat vasitələrinin sayının 700 min ədəddən çox olduğunu nəzərə alsaq, ekoloji problemlərə ciddi yanaşmağın zəruriliyi təbii ki, hamımıza məlumdur. Məhz pandemiya dönəmində vətəndaşların təhlükəsizliyinin təmini üçün eyni zamanda taksi nəqliyyatının düzgün idarə olunmasının, məsul şəxslərin üzərinə böyük öhdəliklər düşür. Pandemiya şəraitində isə taksi fəaliyyəti ilə məşğul olub, gün ərzində onlarla müştəri daşıyan sadə sürücü evinə çörəkpulu ilə bərabər virus da aparır. Çox təəssüf doğuran məqam olsa da bu belədir, reallıqdır. Çünki dövlət tərəfindən taksi fəaliyyəti ilə məşğul olan sadə vətəndaşın qarşısına, məhz onu, ailəsini, yaxınlarını, eləcə də sərnişinləri, yəni nəticədə bizi qorumaq üçün tələblər qoyulub.Ancaq bütün dünyanın bu gün müharibə apardığı COVİD-19 virusu, sadə arakəsmədən insanı nə qədər qoruya bilər? Bax bu sual, Azərbaycan prezidentini də narahat edən məsələlərdəndir. Baxmayaraq ki, ölkəyə gətirilməsi hətta pandemiyadan öncə qərara alınan və elə prezident İlham Əliyev tərəfindən Azərbaycan vətəndaşının rahatlığı, təhlükəsizliyi üçün hesablanan LEVC TX modelli taksilərin ölkəyə gətirilməsi, vətəndaşların xidmətinə verilməsi beyni və mənəviyyatı ancaq mənfiyə köklənən və Azərbaycan cəmiyyətini də bu istiqamətdə formalaşdırmağa, narazı kütlə təfəkkürünü sırımağa çalışan insanlara çox qəribə hal kimi görünür.Niyə, axı nə üçün?! Niyə ancaq qaragüruh salanlar kimisə guya taksi fəaliyyətini monopoliyaya almasını bağıranlar, yeni, 100 iş yerləri açılmasından, sürücülərin və sərnişinlərin rahatlığından, təhlükəsizliyinin sığortalanmasından, qaçılmaz olan, baş verən nəqliyyat hadisələrindən, qəzalardan sağlam canla qurtulmaq xoşbəxtliyindən, sərnişindaşımanın keyfiyyətinin yüksəlməsindən, fiziki məhdudiyyətli insanlar üçün rahat nəqliyyat vasitəsinin artıq ölkəmizdə də istifadəsindən və ən əsası qlobal ekologiyaya böhranına müsbət təsir fonunda, pandemiya dövründə COVİD kimi bir düşmən üçün ən azı taksi fəaliyyətində yaranacaq məhdudiyyətdən yox, məhz guya yaradılan monopoliya, guya şəxsi maraqlar və bu kimi cəmiyyətə narazı kütlə olmaq aurasını sırımağa çalışırsınız? Bəli, TX model taksilərdə xüsusi avadanlıqlar quraşdırılıb və bu məhsul bütün dünyada İngiltərənin LEVC markasının COVİD virusu əleyhinə quraşdırılan, virusun sürücüdən sərnişinə, sərnişindən sürücüyə keçməsinə mane olan istehsal olaraq artıq səs-küyə səbəb olub.Niyə bundan danışan olmadı? Bir dövlət qurumunun, özü də nəqliyyat siyasətini tənzimləyən icra hakimiyyəti orqanının nəzdində fəaliyyət göstərən müəssisənin elə siyasətinə uyğun nəqliyyat vasitəsi alıb, bunu ölkə başçısının iştirakı ilə cəmiyyətə təqdim etməkdə qəribə nə var və ya gülməli, təəccüblənməli nə var?
Biz də sadə vətəndaşlarıq və biz də bu cəmiyyətdə baş verən neqativ halları görə bilirik, ancaq bütün müsbətləri də neqativ, fəaliyyətsizlik kimi təqdim etmək və buna inanmaq, əslində elə bizim, sadə vətəndaşın, yəni cəmiyyətin uğursuzluğuna gətirib çıxara bilər.
Bir də ki, deyirlər insanı geyiminə görə qarşılayıb, danışığına görə yola salırlar. Yəni, dünyada mövcud bütün rənglərdən geyimində istifadə edən insan, hansısa əşyaya rənginə görə tərəvəz adı qoyub özünü ağıllı sayırsa, yəqin burda yenə də fəlsəfi yox, psixoloji mövzuda danışılası durum mövcuddur.
Bir sadə vətəndaş kimi deyirəm, bəlkə bir az düşünək...
Elmir Azər