Tyaqo Alkantara rəsmən “Liverpul”da

tyaqo-alkantara-resmen-liverpulda
Oxunma sayı: 909

Almaniya çempionu “Bavariya”dan ayrılan İspaniya yığmasının yarımmüdafiəçisi Tyaqo Alkantaranın “Liverpul”a keçidi rəsmiləşib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Alkantara yeni komandasında “6” nömrəli formanı geyinəcək.

İngiltərə mətbuatı “Liverpul”un bu transfer üçün “Bavariya”ya 25 milyon avro ödədiyini yazıb.