Tyutor hazırlığının 6-cı mərhələsi başa çatdı- - Foto

tyutor-hazirliginin-6-ci-merhelesi-basa-catdi-
Oxunma sayı: 1366


BDU- nun Mətbuat və informasiya şöbəsindən “Qafqazinfo” ya daxil olan məlumata görə, tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, 2008-ci ildən başlayaraq Avropa Birliyinin “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kurslarına başlanılıb. 

Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərdən 32 nəfəri A-sertifikatına (qırmızı), 10 nəfəri B-sertifikatına (göy), iki nəfəri isə C-sertifikatına (dinlədi) layiq görülüb. Sertifikata layiq görülənlərin 25 nəfəri respublikanın digər ali məktəblərini təmsil edib. Kursun BDU-dan olan 19 nəfər iştirakçısının hər biri namizədlikləri irəli sürülmüş fakültələrdə və müvafiq strukturlarda işlə təmin ediləcəklər. Onu da qeyd edək ki, indiyədək tyutor kursunun 5 buraxılışını bitirmiş hər bir tyutor universitetdə işlə təmin olunublar.