Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıtdakı “Kapital Bank Arena”da Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb.
U-21-in qollarını 44 və 66-cı dəqiqələrdə Musa Qurbanlı və 88-ci dəqiqədə Abdulla Xaybulayev vurub.
Azərbaycan yığması 7 oyundan sonra 4 xalla beşinci pillədə qərarlaşıb. Səkkiz matçdan sonra sonuncu - altıncı sıradakı Estoniyanın xalı yoxdur.
Son xəbərlər
Son Xəbərlər