İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, hadisə avqustun 5-də saat 18 radələrində rayonun İvanovka kəndi ərazisində qeydə alınıb. Kənd sakini Vasiliy Kazakov idarə etdiyi “UAZ-69” markalı avtomobili dərəyə aşırıb. Nəticədə V.Kazakovun sərnişinlərindən həmkəndlisi Vladimir Skokov hadisə yerində ölüb, özü və digər 2 sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər