Üç Avropa ölkəsinin lideri Ərdoğanla görüşəcək

uc-avropa-olkesinin-lideri-erdoganla-gorusecek
Oxunma sayı: 1773

ABŞ və Türkiyə ilə Suriya razılaşması əldə edildikdən sonar dünya liderləri president Rəcəb Tayyib Ərdoğanla görüşmək qərarı alıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk addım Fransa prezidenti Emmanuel Makron tərəfindən atılıb. Fransalı lider Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Angela Merkellə birlikdə Ərdoğanla görüşəcək. Bu barədə Makron özü açıqlama verib.

Görüş yaxın həftələrə planlaşdırılır.