Üç avtobusun yolu dəyişdiriləcək

uc-avtobusun-yolu-deyisdirilecek
Oxunma sayı: 2305

Akademik Şəfaət Mehdiyev küçəsinin general A. Abbasov və Ə.Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.  Qeyd olunub ki,  6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcəkdir.

Oktyabrın 13-dən başlayacaq dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.