Üç ay sonra istefa verdi

uc-ay-sonra-istefa-verdi
Oxunma sayı: 1498

Futbol üzrə Ermənistan millisinin baş məşqçisi Abraham Haşmanyan istefa verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Haşmanyanla qarşılıqlı razılaşma əsasında yolların ayrıldığı bildirilib.

Qeyd edək ki, Haşmanyan bu posta 2019-cu ilin noyabrında təyin edilmişdi.