Üç ayda ixrac edilən Azərbaycan nefti- - 8,4 milyon ton

uc-ayda-ixrac-edilen-azerbaycan-nefti-
Oxunma sayı: 1013


“Qafqazinfo” Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, yanvar-mart aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə 6 milyon 679 min 95 ton, Bakı-Supsa neft boru kəməri ilə 1 milyon 92 min 889 ton, Bakı-Novorossiysk neft kəməri ilə isə 339 min 491 ton neft ixrac olunub. 

Ölkədən 305 min 891 ton neft isə dəmir yolu nəqliyyatı ilə daşınıb.