Artıq üç aydan artıqdır ki, məlum planetar bəla ilə əlaqədar Azərbaycan, əksər dünya dövlətləri kimi tam şəkildə bütün dünyadan təcrid olunmuş qaydada mövcudluğunu davam etdirməkdədir. Əslində, pandemiya ilə əlaqədar demək olar ki, bütün dünya üzrə tətbiq olunan xüsusi karantin və fövqəladə vəziyyətlərdə inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlər, mövcud fors-major halda pandemiya ilə gərgin mübarizə şəraitində dövlət qurumlarının normal fəaliyyətinin və insanların həyat şəraitinin təminatı ilə bağlı vəziyyəti nəzarətdə saxlamaları baxımından hansı iqtidarda olduqlarını nümayiş etdirdilər.
Təbii ki, hazırda pandemiya ilə əlaqədar vəziyyət davam etsə də, ayrı-ayrı ölkələrin timsalında onunla mübarizə nümunələri fərqli və maraqlı bir mənzərəni ortaya qoymuş oldu. Bir çox ölkələrin təcrübəsində müvafiq tədbirlərin vaxtında və ya lazımi şəkildə həyata keçirilməməsi vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxartdı ki, bu da öz növbəsində ağır nəticələrə səbəb oldu. Dünyanın bir çox iqtisadi cəhətdən yüksək inkişaf etmiş dövlətlərində virusa qarşı tibbi və qoruyucu ləvazimatların qıtlığı şəraitində Azərbaycanda operativ şəkildə tibbi spirt zavodunun istehsal imkanlarının genişləndirilməsi, ölkə üzrə tələbi artıqlaması ilə təmin edəcək tibbi maska istehsalı zavodunun fəaliyyətə başlaması, müasir standartlara cavab verən bir sıra tibb müəssisələrinin, o cümlədən bilavasitə virusa yoluxmuş xəstələrə xidmət göstərəcək modul tipli xəstəxanaların qısa müddət ərzində tikilərək istifadəyə verilməsi və bir sıra digər əhəmiyyətli addımlar bir daha Azərbaycanın yüksək dövlətçilik xüsusiyyətlərinə və istənilən fövqəladə vəziyyətdən qalib çıxamaq imkanlarına malik olduğunu nümayiş etdirdi.
Eyni zamanda ölkəmiz tərəfindən pandemiya ilə əlaqədar görülən tədbirlər və onların müsbət nəticələri Azərbaycanın bu məsələdə də, özünəməxsus və özünü tam doğruldan bir mövqe ortaya qoyduğunu göstərdi ki, bu da həm ÜST tərəfindən, həm də bir sıra digər dövlətlər tərəfindən geniş təqdir olundu və rəsmi təşəkkürə layiq görüldü.
Pandemiya ilə yanaşı, bu dövr ərzində Azərbaycan dövləti həm torpaqlarımızı ilhaq edən düşmənlərimizə qarşı, həm də ölkədə gedən islahatlar və dəyişikliklər prosesini heç cür həzm edə bilməyən beşinci kolona, onların təxribat xarakterli addımlarına qarşı gərgin mübarizə prosesini davam etdirmişdir. Bu dövr ərzində, pandemiyaya qarşı həm onun ölkəyə daxil olmasını minimuma endirən ilkin preventiv tədbirlərin, həm də sonrakı mərhələdə daxili yoluxmanın qarşısının alınması və müalicə prosesinin həyata keçirilməsinin gecikdirmədən mərhələli şəkildə aparılması ilə yanaşı əvvəlki illərdə həyata keçirilən heç bir dövlət tədbirinin, ölkə başçısının dediyi kimi heç bir sosial və digər əhəmiyyətli layihələrin təxirə salınmaması haqqlı olaraq bir çox dövlətlər üçün müsbət örnək oldu. Dünyanın bir çox iqtisadi cəhətdən yüksək inkişaf etmiş dövlətlərində virusa qarşı tibbi və qoruyucu ləvazimatların qıtlığı şəraitində Azərbaycanda operativ şəkildə tibbi spirt zavodunun istehsal imkanlarının genişləndirilməsi, ölkə üzrə tələbi artıqlaması ilə təmin edəcək tibbi maska istehsalı zavodunun fəaliyyətə başlaması, müasir standartlara cavab verən bir sıra tibb müəssisələrinin, o cümlədən bilavasitə virusa yoluxmuş xəstələrə xidmət göstərəcək modul tipli xəstəxanaların qısa müddət ərzində tikilərək istifadəyə verilməsi və bir sıra digər əhəmiyyətli addımlar bir daha Azərbaycanın yüksək dövlətçilik xüsusiyyətlərinə malik olan və istənilən fövqəladə vəziyyətdən qalib çıxacaq imkanlara malik olduğunu nümayiş etdirdi. Eyni zamanda, ən önəmli məqamlardan birini də qeyd edək ki, bütün sərhədlərin bağlandığı bir şəraitdə, dövlətimiz insanlarımızı tam olaraq ərzaq və digər məhsullarla təmin etməklə yanaşı, həm də, ölkədən məhsul ixracı prosesini də mümkün səviyyələrdə uğurla həyata keçirməkdədir.
Təəssüflər olsun ki, bu gün əksər dünya ölkələrinə nisbətən xeyli az olsa da, hər bir halda, ölkəmizdə də, yoluxma hallarının və virus qurbanlarının sayı artmaqdadır. Bunun, müvafiq dövlət qurumları və səlahiyyətli şəxslər tərəfindən öncədən gözlənilən olduğu qeyd olunsa da, hər bir insanımız tərəfindən müvafiq qaydalara lazımi şəkildə riayət olunmamasının da, bu məsələdə müəyyən rolu vardır. Çünki, dövlətin gördüyü tədbirlər, atdığı addımlar yalnız və yalnız insanlar tərəfindən adekvat riayət cavabı aldığı təqdirdə ən yüksək müsbət nəticəsini verir. Ölkə başçısı tərəfindən bir çox dövlət tədbirlərində iştirak zamanı tibbi maskanın istifadəsi, həmin maskaların hansı şəraitdə və nə zaman istifadə olunmasını zəruri edən ən xırda detalların səsləndirilməsi tibbi maskadan istifadənin vacibliyinə etinasız yanaşan hər bir insanımıza, o cümldən də bir sıra yüksək vəzifəli şəxslərimizə də ciddi xəbərdarlıq oldu.
Məlum şəraitdə demək olar ki, bütün dünyanın hər tərəfli, o cümlədən də iqtisadi blokada şəraitində yaşaması ilə yanaşı, hələ də neft məhsullarının böyük əhəmiyyət daşıdığı iqtisadiyyata malik olan ölkəmizdə pandemiya və onun yaratdığı vəziyyətlə mübarizəyə üç milyard manatdan artıq vəsaitin ayrılması fonunda, neft məhsullarının qiymətlərində də fantastik enişin baş verməsi, ölkəmizdə ciddi iqtisadi çətinliklərin və devalvasiya prosesinin labüdlüyünü diktə etsə də, bunun baş verməməsi dövlətimizə münasibətdə bir sıra qaragüruh proqnozları bir daha alt-üst etdi. Təbii ki, əminliklə demək olar ki, bu vəziyyət hələ son deyil və pandemiyanın davam etdiyi bir şəraitdə mütləq postpandemiya dövrünə də qədəm qoyacağımız labüddür. Hər bir halda, ümid edirik ki, dövlətimizin yürütdüyü siyasi kurs ölkəmizi, həm koronavirus pandemiyasından, həm də pandemiyadan sonrakı dövrdə onun yaratdığı çətinliklərdən və xüsusilə də bütün dünyanı əhatə edəcək ağır iqtisadi vəziyyətdən qalib çıxaracağını tam təmin edəcəkdir.
Siyasi şərhçi Xəyal Bəşirov