Üç cinayətə görə axtarışda olanlar tutuldu

uc-cinayete-gore-axtarisda-olanlar-tutuldu
Oxunma sayı: 1243

Nizami (Gəncə) RPİ əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, nəticədə şəhər ərazisində Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək), 144-3 (İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Arzu Tağıyev, Sahib Tağıyev və B.Tağıyeva saxlanılıblar. 

Bundan başqa, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Məhərrəm Bayramov tutulub.