“Üç doza “BioNTech” “omicron”dan qoruyur” - Uğur Şahin

uc-doza-biontech-omicrondan-qoruyur
Oxunma sayı: 1474

“Omicron” ştamından daha yaxşı qorunmaq üçün peyvəndin üçüncü dozası vurulmalıdır.

“Qafqazinfo” xəbər verir ki, bunu “BioNTech” şirkətinin baş direktoru Uğur Şahin deyib.

“BioNTech”in qurucuları Uğur Şahin və Özlem Türeci koronavirusa qarşı hazırladıqları peyvəndlə bağlı son vəziyyət və “omicron” ştamı ilə əlaqədar mətbuat konfransı keçirib.

Uğur Şahin, “omicron” ştamının iki və üç doza “BioNTech” peyvəndi vurulanlara necə təsir etdiyini araşdırdıqlarını açıqlayıb.

Bildirib ki, araşdırmalarına görə, “BioNTech” peyvəndinin üçüncü dozası virusa qarşı kifayət qədər qorunma təmin edir: "Bu məlumatlar üçüncü dozanın dəyərini açıq şəkildə göstərir".

Elm adamı əlavə edib ki, lazım gələrsə yeni ştama qarşı peyvəndi mart ayına qədər hazır edə bilərlər: "Bu mərhələdə ediləcək ən yaxşı şey, daha yaxşı qorunma təmin etməklə bir doza da peyvənd olunmaqdır".

Özlem Türeci də həmçinin üç doza “BioNTech” peyvəndinin “omicron” ştamını təsirsiz hala gətirdiyini bildirib.