Üç güləşçimiz də uduzdu - Yenilənib

Üç güləşçimiz də uduzdu
Oxunma sayı: 1649

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə son 3 çəkidə - 67, 87 və 97 kq-da mübarizəyə start verilib.

Taleh Məmmədov təsnifat mərhələsində Bolqarıstan təmsilçisinə uduzub.

60 kq
Təsnifat - Taleh Məmmədov - İva Serafimov Angelov (BUL) 0:4

77 kq
1/16 final - Elvin Mürsəliyev - Gela Bolkvadze (GEO)

130 kq
Təsnifat - Beka Kandelaki - Pavel Rudaku (BLR)
***
Taleh Məmmədov İva Angelova 0:4 hesabı ilə uduzub. Bolqarıstanlı idmançı finala yüksəlsə, Taleh Məmmədov təsəlliverici görüşlərə qatılacaq. 

***

Beka Kandelaki ilk görüşdə Pavel Rudakunu 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. 

***

1/16 final - Elvin Mürsəliyev - Gela Bolkvadze (GEO) 8:0. Mürsəliyev 1/8 finala adlayıb. 

1/8 final - Elvin Mürsəliyev - Məhəmmədəli Abdulhəmid Gerayi (İran) 0:7. Mürsəliyev 1/4 finala adlaya bilməyib. 

***

1/8 final - Beka Kandelaki - Eduard Popp (GER) 7:17/ Beka Kandelaki də uduzub. 
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi