Üç gün əvvəl Kürdə batan kişinin meyiti tapıldı

uc-gun-evvel-kurde-batan-kisinin-meyiti-tapildi
Oxunma sayı: 2027

Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 3 gün əvvəl batan şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, iyunun 3-də “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində bir nəfər vətəndaşın çimərkən suda batması barədə məlumat daxil olub.

Həyata keçirilmiş intensiv axtarış tədbirləri nəticəsində iyunun 6-da Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, 1952-ci il təvəllüdlü Piriyev Əli Məstan oğlunun cəsədi Kür çayının Salyan rayonu, Yuxarı Noxudlu kəndinin ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.