Üç gün əvvəl Kürdə batan yeniyetmənin meyiti tapıldı

uc-gun-evvel-kurde-batan-yeniyetmenin-meyiti-tapildi
Oxunma sayı: 1520

İyulun 8-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində batan yeniyetmənin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları başa çatıb.

H.Fəttahovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyunun 8-də 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlu Kürdə batmışdı. M.Şirməmmədovun meyiti tapılaraq təhvil verilmiş, H.Fəttahovun axtarışları davam edirdi.