Türkiyənin Samsun şəhərində Avropa boksçularının lisenziya xarakterli turniri davam edir.
"Qafqazinfo"ya daxil olan məlumata görə, günün ilk yarısında rinqə çıxan və 64 kq çəki dərəcəsində qüvvəsini sınayan Lorenso Sotomayor yunanıstanlı Aleksandros Tsanikidislə qarşılaşıb. Avropa Oyunlarında da çempion olmuş idmançımız qalib gələrək, yarımfinala yüksəlib.
81 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədov isə türkiyəli rəqibi Mehmet Ünala uduzaraq yarımfinala yüksələ bilməyib.
Ən ağır çəkidə ölkəmizi təmsil edən ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov italiyalı Quido Vianellonu məğlub edərək yarımfinala yüksəlib.
Qadın idmançımız - 60 kq çeki ddərəcəsində çıxış edən Yana Alekseyevna da 1/4 finalda isveçli Anye Aleksiussonla döyüşdə qələbə qazanaraq, yarımfinal sevincini yaşayıb.
Günün ikinci yarısında isə Abdulkadir Abdullayev, Cavid Çələbiyəv və Rüfət Hüseynov rinqə çıxacaqlar.
Son xəbərlər
Son Xəbərlər