Tailanddan sonra Kolumbiya da 3 kişinin bir-biriylə evlənmələrinə icazə verilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Alexandro Rodriqez, Viktor Hüqo Prada və Manuel Bermudez adlı oğlanlar evləniblər.
23 yaşlı Prada deyib ki, onlar bu addımı ilə insanların fərqli eşq və ailə növlərinin olduğunu başa düşmələrinə kömək olurlar.
Bermudez və Rodriqez 18 ildir birlikdə yaşayır. Onlar Kolumbiyada 2000-ci ildə ailə quran ilk homoseksual cütlük olublar. 8 il sonra onların arasına Aleks Eşneyder Zabala adlı homoseksual da qatılıb və 3-lü sevgi yaşamağa başlayıblar. 2013-cü ildə də Prada üçlüyə qoşulub.

Dördlük ötən il bir-biriylə evlənmək qərarı alıblar. Lakin Zabala mədə xərçənginə tutularaq ölüb. Buna görə də bu il üçlü evlilik ediblər.
Qeyd edək ki, dünyada ilk dəfə 3 kişinin bir-biriylə evlənməsi 2015-ci ildə Tailandda olub.

Son xəbərlər
Son Xəbərlər