“Üç körpəmi atasız qoymaq istəmirəm” - Gənc aktyor kömək istədi

uc-korpemi-atasiz-qoymaq-istemirem
Oxunma sayı: 6503

Gənc aktyor Elvin Ağayev qaraciyər sirrozundan əziyyət çəkir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində bildirib.

Ona təcili qaraciyər köçürülməsi əməliyyatı edilməlidir. E. Ağayevin əməliyyatı üçün donora və 90 min manat məbləğində pula ehtiyac var.

“Üç körpə uşağım var. Onları 34 yaşında atasız qoymaq istəmirəm”, - aktyor instaqramda yazıb.

Aktyorun həyatda qalmasına yardım etmək istəyən şəxslər üçün bank hesabı açılıb. 

Ailəsinin əlaqə nömrəsi: +994 55 393 63 34