Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Oxunma sayı: 1634

Sabah saat 08:00-dan 18:00-dək Suraxanı rayonu, Xanlar Ələkbərov və Səttar Bəhlulzadə küçələrinin kəsişməsində yerləşən qorunan dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə “Qafqazinfo” Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 104, 208, 209 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilərək müvəqqəti olaraq İlqar Məmmədov və Vladimir Balandin küçələrinin kəsişməsində yerləşən dəmir yolu keçidindən təşkil ediləcək.

Həmçinin oxuyun: Эти ученики могут не приходить на занятия - министерство