Vətən müharibəsində şəhid olan gizir Kazımov İlkin Xanməmməd oğlunun ikinci övladı dünyaya gəlib.
“Qafqazinfo” xəbər verir ki, yeni doğulan körpəyə İlkinar adı verilib.
1995-ci il təvəllüdlü şəhidimizin digər qızı isə yaş yarımlıqdır.
Qeyd edək ki, Astaranın Artupa kəndindən olan gizir Kazımov Ağdərə-Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
O, ölümündən sonra Prezidentin sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.


Son xəbərlər
Son Xəbərlər