“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, günün ikinci yarısında Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmazın da Naxçıvan şəhərinə gəlişi gözlənilir.
Avqustun 19-dək davam edəcək səfər zamanı Müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.
***
Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəlib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Gürcüstanın Müdafiə naziri İrakli Alasaniyanı qəbul edib.
Son xəbərlər
Son Xəbərlər