Üç nəfər birləşib qoyun oğurladı

uc-nefer-birlesib-qoyun-ogurladi
Oxunma sayı: 991

İyulun 22-də Ağcabədi rayonu ərazisindəki evlərdən birinin həyətyanı sahəsindən 18 baş qoyunu oğurlamaqda şübhəli bilinən Kəbirli kənd sakinləri E.Musayev, M.Mirzəliyev və Bakı şəhər sakini E.Abbasov Binəqədi rayonunun ərazisində tutulublar.

“Qafqazinfo” xəbər verir ki, E.Abbasovun və E.Musayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 30-na keçən gecə rayon ərazisindəki daha bir evin həyətyanı sahəsindən 5 baş qoyun oğurlamaları da müəyyən edilib.