Üç nəfər neft borusunu oğurlamaq istədi

uc-nefer-neft-borusunu-ogurlamaq-istedi
Oxunma sayı: 949

Oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 21-də Şirvan şəhəri ərazisində neft quyusunun istismardan çıxarılmış borusunu kəsərək oğurlamağa cəhd göstərən 3 nəfər Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutulublar.

Şəhər Polis Şöbəsinə təhvil verilən həmin şəxslərin şəhər sakinləri Qaraxan Əzimov, Fadil Bəxtiyarov və Şəmsəddin Zərbəliyev olduqları müəyyən edilib

Araşdırma aparılır.