Üç nəfər qazdan zəhərləndi, ikisi yeniyetmədir

uc-nefer-qazdan-zeherlendi-ikisi-yeniyetmedir
Oxunma sayı: 907

Qaxda təbii qazdan 3 nəfər zəhərlənib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində baş verib. 

Həmin kənd sakinləri, 2006-cı il təvəllüdlü Tatiya Riyadovna Barixaşvili, 2007-ci il təvəllüdlü Levanı Qiyabiroviç Aslamazaşvili və 1985-ci il təvəllüdlü Natiya Vardovna Qasviyaşvili zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Müayinə zamanı hər üç şəxsin Levani Aslamazaşvilinin yaşadığı evin mətbəxində təbii qazdan zəhərləndiyi məlum olub.

Qazdan zəhərlənən hər üç nəfərin  müalicəsi  xəstəxananın Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov