Üç nəfər zəhərlənmədən ölüb

uc-nefer-zeherlenmeden-olub
Oxunma sayı: 1087


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, onlardan 2-i sirkə turşusundan, 1-i isə dəm qazından zəhərlənib.

Aprelin 26-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Nəcibə Əliyeva evində dəm qazından zəhərlənərək ölüb.

Aprelin 18-də Kürdəmir rayonunda yaşayan Təranə Əliyeva evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və aprelin 26-da orada ölüb.

Aprelin 21-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan Anar Cavadov sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və aprelin 25-də orada ölüb.

Murad Əhməd