Üç nəfərdən şantajla pul tələb etdi

uc-neferden-santajla-pul-teleb-etdi
Oxunma sayı: 1419

Zərdab rayon Çallı kənd sakini Qənimət Məmmədov 3 nəfəri şantaj edərək pul tələb edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə rayon sakinləri  F.M, B.F və A.Q mayın 11-də Polis Şöbəsinə müraciət edərək aprel ayında Çallı kənd sakini Qənimət Məmmədovun onlar barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsini bildiriblər.

Q.Məmmədov saxlanılıb və faktla bağlı RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Murad Əhməd