Üç nəfərə “Tərəqqi” medalı verildi

uc-nefere-tereqqi-medali-verildi
Oxunma sayı: 4450

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, muzeyin üç əməkdaşına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

Bunlar aşağıdakılardır:

Bəşirli Xatirə Bədrəddin qızı

Sadırxanov Ridvan Sultanoviç

Şamilova Kübra Əsədulla qızı.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Əlibəyli Şəfəq Ənvər qızı

“Tərəqqi” medalı ilə

Allahyarov Kamil Hüseyn oğlu

Əliyeva Fatma Oruc Kuli qızı

Səfiyeva İnarə Bahadur qızı.