Şirvan şəhərində üç növ narkotik satan şəxs saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, şəhər sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Toğrul Qaçayev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı ayrı –ayrı bükümlərdə ümümi çəkisi 0,808 qram metanfetamin və ümumi çəkisi 4,033 qram olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq T.Qaçayevin kirayə yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 32,039 qram heroin, 4,811 qram tiryək, 4,964 qram metanfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər