Üç oğlan bir qızı döydü - - Bakıda

uc-oglan-bir-qizi-doydu-
Oxunma sayı: 6173


“Qafqazinfo” xəbər verir ki, bu barədə report-a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Belə ki, 1995-ci il təvəllüdlü Leyla Məmmədova Novxanı qəsəbəsi ərazisində yerləşən “AquaPark” istirahət və əyləncə mərkəzində tanımadığı 3 nəfər oğlan tərəfindən döyüldüyü barədə polisə şikayət edib. Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırma başlanılıb.

 L.Məmmədovaya qarşı xuiqanlıq edən şəxslərin axtarışları davam etdirilir.