Üç ölkə Fələstin dövlətini tanıdı - Yenilənib

uc-olke-felestin-dovletini-tanidi
Oxunma sayı: 4641

Norveç Fələstini suveren dövlət olaraq tanıyıb.

“Qafqazinfo” “NRK” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Yonas Qar Störe mətbuat konfransında açıqlayıb.

Sözügedən qərar mayın 28-də qüvvəyə minəcək. 

“Politico”nun məlumatına görə isə, bu gün İrlandiya və İspaniya da analoji qərarı açıqlayacaqlar. Bundan əvvəl, Avropa ölkələrindən yalnız İsveç Fələstin dövlətini tanıyıb.

***

“Reuters” agentliyinin məlumatına görə, Norveçin ardınca İrlandiya və İspaniya da Fələstin dövlətini tanımaq barədə qərar qəbul ediblər.

“Bu gün İrlandiya, Norveç və İspaniya Fələstin dövlətini tanıdıqlarını elan edirlər. İndi hər birimiz bu qərarın reallaşdırılması üçün bütün zəruri milli addımları atacaq”, - deyə İrlandiyanın Baş naziri Saymon Harris mətbuat konfransında bildirib.

“Cadena SER” radiostansiyasının məlumatına görə, İspaniyanın Baş naziri Pedro Sançes bu barədə qərarın mayın 28-də qüvvəyə minəcəyini bildirib: “Gələn çərşənbə axşamı İspaniya Nazirlər Şurasında Fələstin dövlətinin tanınmasını təsdiq edəcək”.