Üç ölkə Mariupoldan təxliyyə əməliyyatı həyata keçirmək istəyir

uc-olke-mariupoldan-texliyye-emeliyyati-heyata-kecirmek-isteyir
Oxunma sayı: 3043

“Fransa, Türkiyə və Yunanıstan Ukraynanın Mariupol şəhərini tərk etmək istəyən hər kəsin təxliyəsini həyata keçirmək istəyirlər”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı sammitinin yekunlarına dair mətbuat konfransında deyib. 

“Dünən biz humanitar əməliyyata başlamaq qərarına gəldik. Biz bunu yaxın zamanlarda Rusiya Prezidenti Vladimir Putinlə söhbət zamanı müzakirə edəcəyik. Türkiyə və Yunanıstanla Mariupolu tərk etmək istəyən hər kəsi təxliyə etmək üçün humanitar əməliyyata başlamağa hazırlaşırıq”, - deyə Makron söyləyib.