Üç ölkənin torplaqlarında yeni şəhər salınacaq

uc-olkenin-torplaqlarinda-yeni-seher-salinacaq
Oxunma sayı: 2356

Səudiyyə Ərəbistanın vəliəhdi şahzadə Məhəmməd bin Salman yeni şəhər salır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni şəhər Səudiyyə Ərəbistanı, İordaniya və Misir torpaqlarının bir hissəsini əhatə edəcək. Şəhərin qurulması üçün ilk mərhələ 2025-ci ildə başa çatacaq. 

Neom adlanacaq şəhərin ümumi ərazisi 26,500 kilometr olacaq. 

Qeyd edək ki, yeni layihə neftdən asılı olan iqtisadiyyatdan uzaqlaşmaq, məşğulluq, qadınların iş şəraiti və turizmə qədər bir çox sahədə islahatları nəzərdə tutur. Layihəyə milyard dollar vəsait ayrıldığı deyilir.