Üç otaqlı ev yandı

uc-otaqli-ev-yandi
Oxunma sayı: 1263

Binəqədi rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib.

“Qafqazinfo” FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları, 1 ədəd paltaryuyan maşın, mebel dəsti və dam örtüyü 10 kv.m sahədə (ümumi 20 kv.m) yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.