Üç otaqlı ev yandı

uc-otaqli-ev-yandi
Oxunma sayı: 783

Zaqatala rayonunda yanğın qeydə alınıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Kebeloba kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və bir otağının tavanı 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.