Razi Nurullayev bildirib ki, Müsavat Milli Şuranın təşəbbüsü ilə yaradılan sözügedən təşkilata qoşulub və digər komitə ləğv edilib:
“Müsavat Partiyası Milli Şuranın və AXCP-nin təşəbbüsü ilə yaradılan müdafə komitəsinə qoşulub. Bu baxımdan demək olmaz ki, AXCP ilə Müsavat bir yerdə deyil. Bir müddət öncə müxalif partiyalar KXCP-də yığışıb müdafiə komitəsi yaratdı. Orada Müsavat da təmsil olunurdu. Amma AXCP və Milli Şura bu toplantıda iştirak etmədi. Ardınca da cəmiyyətdə bununla bağlı qınaq kampaniyası başladıldı. Bundan sonra Cəmil Həsənlinin və Vidadi Mirkamalın həmsədrliyi ilə müdafiə komitəsinin toplantısı keçirildi. Rüstəm İbrahimbəyovun İçərişəhərdəki mənzil qərargahındakı görüşdə Müsavat partiyası gəlib iştirak etdi. O tədbirdə AXCP və Milli Şuranın təşəbbüsü ilə yaradılan komitədəki təmsilçiliklərini təşkil etdilər. Bu da müsbət qarşılandı. Bu gün artıq Azərbaycanda iki deyil, bir müdafiə komitəsi var. Bu komitədə AXCP də, Müsavat da təmsil olunur. Həmsədrlər yenə də Cəmil Həsənli və Vidadi Mirkamaldır”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Qafqazinfo”ya açıqlamasında bu sahədə bir təşkilatın fəaliyyət göstərməsini ilə bağlı Razi Nurullayevin açıqlamasını dezinformasiya adlandırıb: “Belə dezinformasiyaların yayılmasını doğru hesab etmirəm. Bizim qurduğumuz da müdafiə komitəsi deyil”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanda nə Mirmahmud Mirılioğlunun, nə də AXCP-nin yaratdığı müdafiə komitələri mövcuddur: “Fəaliyyət göstərən siyasi və ictimai təşkilatların yaratdığı müdafiə komitəsi var. Müsavat Partiyası da hər iki komitənin işində ilk gündən iştirak edir. Mirmahmud Mirəlioğlunun sədri olduğu təşkilat yoxdur, heç vaxt da yaradılmayıb”.
Murad
Son xəbərlər
Son Xəbərlər