Üç qardaşı bıçaqladı

uc-qardasi-bicaqladi
Oxunma sayı: 827


“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, ötən gün  Xəzər rayonunun Qala qəsəbəsində qəsəbə sakini Aqil Əliyev münaqişə zəminində həmyerliləri Əsgər Quliyevə, onun qardaşları Tərlana və Ceyhuna bıçaqla xəsarət yetirib. Əsgərə və Tərlana xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Ceyhunun vəziyyəti ağırdır.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyev saxlanılıb.