Üç rayonda su olmayacaq

uc-rayonda-su-olmayacaq
Oxunma sayı: 1833


 “Qafqazinfo”ya daxil olan məlumata görə, Maştağa və Ramana su anbarları komplekslərini birləşdirən magistral su xətlərinin yenidən qurulması ilə əlaqədar 24 fevral 2015-ci il tarixdə saat 04:00-dan etibarən Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində 30 saat müddətinə məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.