Üç rayondan külli miqdarda silah-sursat tapıldı

uc-rayondan-kulli-miqdarda-silah-sursat-tapildi
Oxunma sayı: 1041


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini Fərahim Əliyev Yevlax şəhərinin ərazisində ictimai qaydanı pozduğu üçün Yevlax Rayon Polis Şöbəsinə gətirilib. 

Ona məxsus “Niva” markalı avtomobilə baxış zamanı “Ekol YS-66” markalı pnevmatik tapança, “TOZ-16” markalı ov tüfəngi, 1 ədəd patrondaş, 7 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Quba rayonu Tülər kənd sakini Bəxtiyar Şirinovun evinə baxış zamanı “TOZ-20” markalı ov tüfəngi, kustar üsulla hazırlanıb “TOZ-16” markalı ov tüfəngi, “Naqan” tipli tapança, 1 ədəd bıçaq və 1 xəncər aşkar edilərək götürülüb. 

Qəbələ rayon Sultannuxa kənd sakinləri Sərvan Daşdıyevadan və Şamil Məliklidən müvaqfiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri götürülüb.


Murad Əhməd