Üç sərnişin avtobusunun hərəkət sxemi dəyişdirildi

uc-sernisin-avtobusunun-hereket-sxemi-deyisdirildi
Oxunma sayı: 3170

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq, Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya bildirilib ki, tikinti-bərpa işləri ilə əlaqədar olaraq mart ayının 30-u səhər saatlarından Bibiheybət məscidindən şəhər və əks istiqamətdə, yeni yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq ediləcəyindən ərazidə fəaliyyət göstərən 120,125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində dəyişiklik edilərək köhnə Bibiheybət yolu – 20-ci Sahə dairəsi ilə təşkil ediləcək.